Xəbər lenti

Körpəsini satan ana yaxalandı
Dünya10:18 08.06.2013

Körpəsini satan ana yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

36 yaşlı qadın uşağı 300 min rubla satmaq istəyib

Dağıstanın Kizlyar rayonunda 36 yaşlı qadın yeni doğulmuş övladını satarkən yaxalanıb. ANS PRESS-in “rosbalt”a istinadən verdiyi xəbərə görə, mətbuata bu barədə açıqlamanı Rusiya Federasiyasının İstintaq Komitəsinin mətbuat xidmətindən veriblər.

Onun sözlərinə görə, saxlanılan qadın yeni doğulmuş körpəni əvvəlcədən danışdığı yerli sakinlərdən birinə 300 min rubla satmaq istəyib. Rusiya Daxili İşlər nazirliyinin Kizlyar ərazisi üzrə bölmənin əməkdaşları uşağı təhvil verib pulu alarkən qadını yaxalayıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.