Xəbər lenti

Kseniya Sobçak ana olacaq
Dünya15:40 08.06.2016

Kseniya Sobçak ana olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparıcı özü bu xəbəri şərh etmir.
Rusiyanın tanınmış qalmaqallı teleaparıcısı, müxalif yönlü fikirləri ilə seçilən Kseniya Sobçak hamilədir. ANS PRESS-in məlumatına görə, aparıcı qatıldığı tədbirdə qarnının önə çıxması ilə diqqət çəkib. 
Kseniya Sobçak bu barədə rəsmən şərh bildirməyib. Mərasimdə ana olması münasibətilə təbrik edənlərə qalmaqallı aparıcı “çox sağ olun” – deməklə cavab verib. O, bununla da hamiləliyini inkar etməyib. Bir müddət əvvəl Sobçak uşaqlardan xoşu gəlmədiyini və ailə həyatı qurmayacağını deyib. "Əgər sənin normal həyatın varsa, təhsil, pul və bütün imkanları da əldə edirsən. O halda sən öz həyatını uşaq əskilərinə, borşa və ev qayğılarına sərf etməməlisən".  
Teleaparıcının həyatında daim yaraşıqlı, xüsusən də maddi imkanlı kişilər olub. Hazırda o, aktyor maksim Vitorqanın həyat yoldaşıdır.
Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lyudmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub.
Qaynarinfo.az