Xəbər lenti

Kseniya Sobçak koronavirusa yoluxduğunu bildirdi
Dünya07:54 31.03.2020

Kseniya Sobçak koronavirusa yoluxduğunu bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kseniya Sobçak həyat yoldaşı Konstantin Boqomolov ilə birlikdə keçirdiyi İnstaqram efiri zamanı koronavirus xəstəliyinə tutulduğunu deyib. Xatırladaq ki, Kseniyanın anası Lüdmila Narusova COVID-19 və sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirilsə də, testi mənfi olub. Ən azından Sobçak belə iddia edir.
Qaynarinfo xəbər verir ki, Kseniya izləyicilərinə bu "dəhşətli xəstəliyə” dekabr ayının əvvəlində yoluxduğunu bildirib. Sobçakın sözlərinə görə, həyatında heç vaxt özünü bu qədər pis hiss etməyib, o, yatağından belə çıxa bilmirmiş. Qızdırma, öskürək, bədən ağrıları kimi simptomları olub.
Həkimlər Kseniyaya SARS diaqnozu qoyublar. Onu antibiotiklərlə müalicə ediblər, adrenalin vurublar, sonra Sobçakın səsi batıb ki, onu da xüsusi məşqlərlə bərpa etməli olub.
Bir şəxsin koronavirusa yoluxub-yoluxmadığını yalnız xüsusi analizlər göstərilə bilər ki, az qala bütün dünyada belə edirlər. Kseniyanın belə bir analiz etdirib-etdirmədiyi məlum deyil.
Dekabrda infeksiyaya yoluxmağa gəldikdə isə, son araşdırmalara görə Çində ilk COVID-19 halları noyabr ayında başlayıb. İtaliyaya isə ən azı qışın əvvəlində çoxsalı Çin turisti tərəfindən İtaliyaya gətirilib.
Alpər