Dünya 15:53 23.11.2022

KTMT Ermənistana yardım layihəsini razılaşdırdı

KTMT-yə üzv ölkələr bütövlükdə Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi üzərində razılaşıblar. O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır, demək olar ki, hər gün atışmalar baş verir.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın baş katibi Stanislav Zas bildirib.

"Ümumiyyətlə, Kollektiv Təhlükəsizlik Şurasının Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi KTMT monitorinq missiyasının rəy və təklifləri əsasında razılaşdırılıb”, - deyə Zas KTMT-nin xarici işlər, müdafiə nazirlərin və təhlükəsizlik şuralarının katibləri iclasında bildirib. 

Onun sözlərinə görə, İrəvanın özünün səyləri sülh razılaşmalarının əldə olunmasında müsbət rol oynayır. Stanislav Zas əlavə edib ki, Kollektiv Təhlükəsizlik Şurasının may, sentyabr və oktyabr aylarında üç növbədənkənar sessiyası Ermənistana təhdidlər məsələsinə həsr olunub.

Nizami Bağırov