Xəbər lenti

KTMT sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlarda iştirak etmir
Dünya10:44 07.01.2022

KTMT sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlarda iştirak etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tacikistan parlamentinin hər iki palatasının deputatları tacik hərbçilərinə respublikanın beynəlxalq öhdəliklərini xaricdə yerinə yetirməyə icazə verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Tacikistanın "Xovar” Milli İnformasiya Agentliyi məlumat yayıb.
Həmçinin Qırğızıstan parlamentinin deputatı Nurjigit Kadırbekov məlumat verib ki, Qırğızıstan KTMT sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana öz hərbçilərini göndərəcək. Bundan əvvəl ölkə parlamenti bu məsələyə baxılması üçün tələb olunan kvorumu toplamamışdı.
Son məlumata görə, Qazaxıstanda KTMT sülhməramlılarına Rusiya Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov rəhbərlik edəcək. "İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.
Qazaxıstan hakimiyyəti bəyan edib ki, KTMT sülhməramlıları hərbi əməliyyatlarda iştirak etmir, onların vəzifəsi dövlət obyektlərini əhatə etmək və qorumaqdır.
Alpər