
Kuba hakimiyyəti 55 ildən sonra ilkə imza atıb. Qaynar.info xəbər verir ki, komunist rejim ölkədə katolik kilsəsinin tikintisinə icazə verib.
Pinar del Rio bölgəsinin şimalındakı Sandinoda tikiləcək kiləsinin maliyyə xərclərini Floridanın Tampa şəhərindəki katoliklər ödəyəcək.
Katolik kiləsinin yayım orqanlarından olan "Xiristian Həyatı" dərgisinin məlumatına görə, kilsənin tutumu 200 nəfər olacaq. Dərgi bu addımın Kuba və katolik dünyası arasındakı münasibətlərdə yeni bir addım kimi dəyərləndirib.
Qeyd edək ki, Kubada 1959-cu ildə baş verən inqilabdan sonra komunist rəhbərliyi ilə katolik kilisəsi arasında münasibətlər gərgir idi. Papalar - II Con Paul və XVI Benediktin adaya səfərindən sonra ölkə rəhbərliyi Milad bayramını qəbul etmiş və dini tədbirlərə icazə vermişdi.
Qaynar.info