Xəbər lenti

Kuleba: Ukraynalılar illərlə döyüşməyə hazırdır, bizə silah verin sadəcə
Dünya06:44 30.06.2023

Kuleba: Ukraynalılar illərlə döyüşməyə hazırdır, bizə silah verin sadəcə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalılar uzun illər hərbi əməliyyatları davam etdirməyə hazırdırlar. 
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın La7 telekanalına müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Vətəndaşlarımız arasında sorğu keçirdik. Ukraynalıların 58%-i ölkəmizin qalib gəlməsi üçün illərlə müqavimət göstərməyə hazır olduqlarını bildiriblər”, - Kuleba deyib.
O, həmçinin əlavə edib ki, Ukrayna münaqişəyə başqa ölkələrin qoşunlarının müdaxiləsini "heç vaxt xahiş etməyib və istəmir”. "Bizə silah verin, qalan işləri görək", - nazir deyib. O vurğulayıb ki, o, "münaqişənin tez bir zamanda sona çatması üçün hər gün çalışır", lakin onun sözlərinə görə, hərbi əməliyyatların nə qədər davam edəcəyi məlum deyil.
Bundan əvvəl Aİ Ukraynadakı münaqişənin uzanacağını hesab edir. Eyni zamanda, Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin "öz-özünə” həll oluna biləcəyini bəyan edib.
Alpər