Xəbər lenti

Kür-Bakı su kəmərində qəza: Bakının bu hissəsində su olmayacaq
Ölkə15:05 06.03.2019

Kür-Bakı su kəmərində qəza: Bakının bu hissəsində su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kür-Bakı magistral su kəmərində qəza baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə  "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.