Xəbər lenti

Kürd dövləti qurulur
Dünya11:24 17.07.2013

Kürd dövləti qurulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada kürd dövləti qurulur.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, PKK-nin Suriyanın şimalında hakimiyyəti ələ almış Demokratik Birlik Partiyası Suriyanın şimalında kürd dövləti qurmağa hazırlaşır. Bəzi kürd siyasətçilərinin dəstəyini alan DBP iyulun 19-da muxtariyyətini elan edəcək. 3 aydan sonra isə konstitusiya üçün referenduma gedəcək.

Qeyd edək ki, Suriyada 10-dan çox kürd partiyası fəaliyyət göstərir. PKK-a qarşı çıxanlardan biri də uzun müddətdir ki, aralarında gərginlik yaşanan Şimali İraqdakı Mesut Bərzaninin partiyası Kürdüstan Demokratik Partiyasının Suriyadakı qoludur.

Qaynar.info