Xəbər lenti

Kürdlər üçün "böyük fəlakət"
Dünya16:20 19.10.2017

Kürdlər üçün "böyük fəlakət"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "İndependent" qəzetinin müxbiri Patrik Cokburn peşmərgenin İraqla mübarizədə geri çəkilməsini “Kürd tarixindəki ən böyük fəlakətlərdən biri” olaraq dəyərləndirib. 

“Qaynarinfo” xəbər verir ki, Cokburn verdiyi xəbərdə iki ana Kürd partiyası - Kürdistan Demokrat Partiyası (KDP) və Kürdistan Yurdsevərlər Birliyinin (KYB) bazar günü baş tutan iclasda geri çəkilməkdən başqa seçimlərinin olmadığı ilə bağlı müzakirələr getdiyini və nəticədə razılığa gəldiklərini bildirib.

Bundan başqa xəbərdə “Referendum nəticəsində İraq kürdləri yalnız müstəqillik qazanmaqda uğursuzluqla üzləşməyiblər. Zaman keçdikcə Bağdad və Kürd ərazilərindəki idarəetməsini artırdıqca əvvəllər etirazsız qəbul edilən xüsusiyyətlərinin də təhlükə altına düşəcəyini görəcəklər”, deyə bildirilib.

Nərmin Həsənli
Qaynarinfo.Az