Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) sərhəddində bir neçə dəfə atəş açılıb.
Qaynarinfo "Ryonhap”a istinadən xəbər verir ki, hadisə bu səhər yerli vaxtla 07.41-də (Bakı vaxtı ilə saat 02.41-də) baş verib.
Məlumata görə, demarkasiya xəttinin mərkəzi ərazisindən müşahidə postuna (Cənubi Koreya-red) bir neçə atəş açılıb. Cənubi Koreya hərbçiləri Şimali Koreya istiqamətinə iki atəşlə cavab veriblər. Hadisə zamanı xəsarət alan olmayıb.