Şimali Koreyanın dövlət radiostansiyası "Pyongyang Broadcast Service”in Yutub kanalında qəribə bir mesaj ortaya çıxıb, tez də itib. Mesaj bir sıra rəqəmsal kodlardan ibarət olub.
Qaynarinfo xəbər verir ki, qəribə video təxminən dəqiqə yarım şəbəkədə qalıb. Mesaj belə adlanıb: "0100011001-001" və 29 avqust səhər hostingə yüklənib. Cənubi Koreyanın "Choson-Ilbo" qəzetinə görə, qeyddə "719 ekspedisiya agentləri üçün Uzaqdan Təhsil Universitetinin informasiya texnologiyaları haqqında əsas məlumatları təkrarlamaq" üçün müəyyən tapşırıqlar olub.
Videoda bir qadın diktor ifadələri oxuyub. Bunlar arasında "səhifə 479 - nömrə 19", "səhifə 564 – nömrə 23" və "səhifə 694 – nömrə 20" ifadələri olub.
Cənubi Koreya bunun KXDR-in xaricdəki xüsusi agentlərinə şifrəli bir mesaj olduğuna qərar verib. Əgər belədirsə, onda Pxenyan kəşfiyyatçılara mesaj ötürmək üçün Yutub kanalından ilk dəfə istifadə edir. Əvvəllər belə verilişləri radio özü aparıb.
Oxşar məzmunda, lakin fərqli nömrələrlə bir mesajın Yutub kanalının özünün məlumat bölümündə olması maraqlıdır. Seul hesab edir ki, bu, Şimali Koreyanın əvvəllər də məlumat ötürmə metodundan istifadə etdiyini göstərir.
Alpər