Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunlar keçirilib.
Sport7.az xəbər verir ki, bu gecə 2 qarşılaşma baş tutub.
Günün ən maraqlı qarşılaşması Mançesterdə baş tutub. "Etihad"da "Barselona" "Mançester Siti"nin qonağı olub. Oyuna yaxşı başlayan Kataloniya təmsiçisi 2:1 hesablı qələbəyə sevinib.
Turində Almaniya Bundesliqasında işləri yolunda olmayan "Borussiya" (Dortmund) "Yuventus"la üz-üzə gəlib. Burada "Qoca Sinyora" rəqibini üstələyib 2:1.
Qeyd edək ki, 1/8 finalın qalan iki qarşılaşması bu axşam keçiriləcək.
24 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları23:45. “Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya) - 1:2Qollar: Suares, 16, 30 (0:2), Aquero, 69 (1:2)
Qırmızı vərəqə: Klişi, 74 ("Mançester Siti")
23:45. “Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 2:1Qollar: Tevez, 13 (1:0), Roys, 18 (1:1), Morata, 43 (2:1)
Qaynar.info