Xəbər lenti

ÇL: "Barsa"dan sülh, “Bavariya”dan inamlı qələbə
İdman04:30 03.04.2013

ÇL: "Barsa"dan sülh, “Bavariya”dan inamlı qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının 1/4 final mərhələsinin iki oyunu keçirilib. Qaynar.info xəbər verir ki, “Bavariya” öz meydanında “Yuventus”u qəbul edib.

İlk dəqiqələrdən hücuma keçən ev sahibləri elə matçın ilk dəqiqəsində istəyinə nail olub. 1-ci dəqiqədə Şvanştayqerin ötürməsini David Alaba qola çevirib – 1:0. İlk hissə bu hesabla da yekunlaşıb. Oyunun ikinci hissəsində də təzyiqi artıran almanlar ikinci qolu da vurmağı bacarıb. Matçın 63-cü dəqiqəsində Mandzukiçin ötürməsi nəticəsində Müller “ağ-qaralar”ı növbəti dəfə məyus edib. Görüş bu hesabla da başa çatıb.

Digər bir oyun isə Parisdə baş tutub. PSJ doğma azarkeşlər önündə “Barselona”nı sınağa çəkib. Oyunun ilk dəqiqələrində ev sahiblərinin hücuma keçməsinə baxmayaraq qonaqlar hesabı açmağa nail olub. Belə ki, 38-ci dəqiqədə Alveşin ötürməsini Lionel Messi qola çevirməyi bacarıb. Parislilər Messinin qoluna 80-ci dəqiqədə İbrahimoviçlə cavab verib. 90-cı dəqiqədə ev sahiblərinin qolkiperi Salvator Sirigunun kobud oyunu katalonlara penalti qazandırıb. Xavi bu fürsəti qaçırmayıb – 1:2. Lakin rəqibə təslim olmayan PSJ “Barselona”ya son dəqiqə şoku yaşadıb. 90+4-cü dəqiqədə İbrahimoviçin ötürməsi ilə Matuidi Valdesi məyus etməyi bacarıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

2 aprel

23:45. “Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) – 2:0
Qollar: Alaba, 1 (1:0), Müller, 63 (2:0)

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya) – 2:2
Qollar: Messi, 37 (0:1), İbrahimoviç, 80 (1:1), Xavi, 89-pen (1:2), Matudi, 90+4 (2:2)

Qaynar.info