Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.
Qaynarinfo-nun APA-a istinadən məlumatına görə, bu barədə açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: "Vəziyyəti protokola uyğundur”.
Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi.