Latviyanın Baş naziri Krisjanis Karins hökumətin istefası barədə Prezident Edqars Rinkeviçsə məlumat verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Rus.lsm.lv" portalı məlumat yayıb.
Məlumata görə, Latviya Prezidentinə hökumətin istefası ilə bağlı məlumat verilib. Onun sözlərinə görə, yeni koalisiyanın qurulması ilə bağlı məsləhətləşmələr aparılacaq.
Qeyd edək ki, o, 2019-cu il yanvarın 23-dən bu vəzifədə idi.