Latviya Seymi İctimai Media Şurasının (SEPLP) etirazlarına baxmayaraq, respublikanın radio və televiziyasının rus dilində yayımını qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Seymin saytı məlumat yayıb.
Bu qadağa Latviyanın yeni Milli Təhlükəsizlik Konsepsiyası layihəsinə daxil edilib və ölkə parlamenti tərəfindən bəyənilib.
"Ən mühüm milli təhlükəsizlik prioriteti Latviyanın informasiya məkanına təhdidlərin qarşısının alınmasıdır, o, güclü yerli Latviya mediasına və latış dilində informasiya mühitinin yüksək keyfiyyətli məzmununa arxalanmalıdır. Həyatın bütün sahələrində dövlət dilinin rolunun gücləndiyini nəzərə alsaq, 2026-cı il yanvarın 1-dən ictimai medianın yaratdığı kontent yalnız latış dilində və ya Avropa mədəni məkanına aid olan dildə olmalıdır. Dövlət rusdilli məzmunu maliyyələşdirməyi dayandırdıqda, vahid informasiya məkanının yaradılması prosesi başa çatacaq və rusdilli məzmun kommersiya mediasında şəxsi vəsait hesabına mövcud olmağa davam edəcək”, deyə bildirilir.
Aydın