Latviya Dövlət Təhlükəsizliyi Xidməti (VDD) bildirib ki, Rusiya və Belarus kəşfiyyat orqanları NATO müttəfiq qüvvələrinin yerləşdirildiyi sərhədyanı bölgələrdə məmurların cəsusluğa cəlb edilməsində çox maraqlıdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi” məlumat
yayıb.
Qeyd olunur ki, Rusiya və Belarus xüsusi xidmət orqanları hər zaman Latviyanın dövlət və bələdiyyə məmurlarının dövlət sirrini ehtiva edən və ya çıxışı məhdud olan digər məlumatları olan şəxsləri cəsusluğa cəlb etməkdə maraqlı olublar.
VDD-nin təhlilinə görə, Rusiya və Belarusun kəşfiyyat xidmətləri Latviya və onun müttəfiqlərinin Rusiyanın Ukraynaya təcavüzünə olan reaksiyasının öyrənilməsinə, xüsusən də NATO-nun xarici sərhədində hərbi potensialın artırılmasında maraqlıdır.
Həmçinin, işğalçı ölkələr Latviyanın sərhədyanı rayonları ilə bağlı istənilən məlumatda maraqlıdırlar ki, bu da vəziyyətin daha geniş hərbi münaqişəyə çevriləcəyi halda əməliyyat planlarının yenilənməsi üçün faydalı olacaq.
Bundan əlavə, iki ölkənin xüsusi xidmət orqanları müttəfiq ölkələrin qüvvələrinin yerləşdirildiyi ölkənin şərq sərhədlərinə yaxın ərazilərdə özünüidarəetmə orqanlarına məmurların cəsusluğa cəlb edilməsinə yönəlib.
Nizami Bağırov