Latviyada Riqa dairə məhkəməsinin Mülki kollegiyası baş barmağın yuxarı qalxması (like) emojisinin yazılı razılaşma kimi şərh oluna biləcəyinə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” "Delfi”yə istinadən məlumat
yayıb.
Məhkəmə işçi ilə işəgötürən arasında işdən çıxarılma ilə bağlı mübahisəyə baxıb. Mübahisə edən məqamlardan biri də "Slack” çatında işəgötürənin çərşənbə günləri ofisdə olmağı tələb etməsi olub.
İddiaçı (işçi) bu postun altında bəyənmə işarəsi qoyub. Məhkəmə belə qənaətə gəlib ki, bu, yazılı razılıq kimi qiymətləndirilə bilər.
Məhkəmə "like" simvolunu "razılıq almış bir şey" kimi təyin edən Kembric lüğətinə istinad edir.
Qərarın mətnində iddiaçının bu simvolun mənasını bilməli olduğu vəzifə tutduğu deyilir.
Nizami Bağırov