İyunun 26-dan Latviya Rusiya Federasiyası vətəndaşları üçün bütün növ viza müraciətlərini dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin saytında məlumat
verilir.
"Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar 2023-cü il iyunun 26-dan Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıblar”, deyə məlumatda bildirilir.
Qeyd olunur ki, iyunun 25-dək qəbul edilən və baxılmağa başlanan viza müraciətlərinə baxılacaq.
Aydın