Xəbər lenti

Latviya sərhəddə ruslardan müharibəni pisləyən sənəd imzalamağı xahiş edir
Dünya05:10 30.07.2022

Latviya sərhəddə ruslardan müharibəni pisləyən sənəd imzalamağı xahiş edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviya sərhədçiləri Rusiya Federasiyası ilə sərhəddə yoxlamaları gücləndirib və rusiyalı mühacirlərdən Ukraynadakı müharibəni pisləyən sənəd imzalamağı xahiş edirlər.
Bu barədə Qaynarinfo "LSM”ə istinadən xəbər verir.
Qeyd olunur ki, sosial şəbəkələrdə Latviyaya mühacirət etmiş ruslar sərhəddəki yoxlamalara görə qəzəblərini bildiriblər. Latviyanın Dövlət mühafizə xidməti təsdiqləyib ki, Rusiya və Belarus vətəndaşları sərhəd nəzarəti məntəqələrində gücləndirilmiş yoxlamalara məruz qalırlar.
"Yoxlamaların məqsədi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü dəstəkləyən və Latviyanın milli təhlükəsizliyinə təhdid yarada biləcək şəxslərin müəyyən edilməsidir. Yoxlamalar zamanı, məsələn, vaxtilə hüquq-mühafizə orqanlarında xidmət etmiş əcnəbilərə xüsusi diqqət yetirilir”, deyə xidmətin cavabında deyilir.
Artıq 62 əcnəbinin, o cümlədən 41 Rusiya, 14 Belarus və 7 digər ölkələrin vətəndaşı olmaqla, 62 əcnəbinin Latviyaya girişinə icazə verilməyib. Həmçinin, belə şəxslərin Şengen zonasına səfərləri üçün vizaları ləğv ediləcək.
Rusiya artıq narazılığını bildirib və Latviya Xarici İşlər Nazirliyinə nota göndərib. Bununla belə, xidmətin rəisi Edqars Rinkeviç qeyd edib ki, sərhədçilər qanun çərçivəsində fəaliyyət göstərirlər.
"Biz təhlükəsizliyimizin maraqları naminə fəaliyyət göstərməyə davam edəcəyik. Eyni zamanda əlavə etmək istərdim ki, Rusiya və ya Belarusa gedən Latviya vətəndaşlarının təsir altına düşməsi, cəsusluğa cəlb edilməsi halları da bizə məlumdur", deyə nazir bildirib.
Xatırladaq ki, Estoniya Aİ səviyyəsində Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə qadağa qoyulmasını istəyir.
 
Nizami Bağırov