Xəbər lenti

Latviya Ukraynaya hərbçilərini göndərdiyini təsdiqlədi
Dünya10:01 13.04.2023

Latviya Ukraynaya hərbçilərini göndərdiyini təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviya Müdafiə Nazirliyi ölkənin Kiyevdəki Latviya səfirliyinin mühafizəsi də daxil olmaqla dəstək funksiyalarını yerinə yetirmək üçün Ukraynaya öz hərbçilərini göndərdiyini bildirib. 
Qaynarinfo xəbər verir ki, "Delfi” portal nazirliyin bəyanatına istinadən məlumat yayıb.
"Latviya Ukraynaya bəzi köməkçi funksiyaları yerinə yetirmək, o cümlədən Latviyanın Ukraynadakı səfirliyinin mühafizəsi və yüklərin mühafizəsi üçün əsgər göndərib”, - nazirliyin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, Latviya hərbçiləri hərbi əməliyyatlarda iştirak etməyiblər.
Xatırladaq ki, bundan əvvəl beynəlxalq KİV Pentaqonun sızdırdığı sənədlərə istinad edərək, NATO ölkələrinin Ukraynaya öz hərbçilərini göndərdiyini yazıb. Sənədlərdə yer alan məlumata görə, Ukraynada 17 Latviya əsgəri olub, lakin onların dəqiq harada yerləşdiyi barədə məlumat verilmir.
Nizami Bağırov