Xəbər lenti

Latviyada sərxoş sürücülərdən müsadirə edilən 8 avtomobil Ukraynaya verilir
Dünya06:26 09.03.2023

Latviyada sərxoş sürücülərdən müsadirə edilən 8 avtomobil Ukraynaya verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviya hakimiyyəti sərxoş sürücülərdən müsadirə edilən ilk səkkiz avtomobili Ukraynaya təhvil vermək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
Avtomobillər Ukrayna Müdafiə Nazirliyinin ordu hissələrinə, Vinnitsa Regional klinik xəstəxanasına və Kupyansk şurasının ərazi tibb birliyinə veriləcək.
Latviya Seymi müvafiq qanunu hələ fevral ayında təsdiqləyib.
Delfi yazır ki, avtomobillərin Ukraynaya çatdırılmasını və onların Ukraynanın dövlət qurumlarına təhvil verilməsini Agendum cəmiyyəti təmin edəcək.
Nizami Bağırov