Xəbər lenti

Lavrov: “ABŞ Covid-19-dan istifadə edib öz qaydalarını diktə etməyə çalışır”
Dünya12:52 13.05.2020

Lavrov: “ABŞ Covid-19-dan istifadə edib öz qaydalarını diktə etməyə çalışır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus pandemiyası kontekstində ABŞ Çin və Rusiyaya qarşı əsassız ittihamlarla çıxış edir. 
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Vaşinqton həm də ÜST-ü əsassız şəkildə tənqid edir.
"Eyni zamanda, müstəqil xarici siyasət yürüdən ölkələrə təzyiqlər artır", - nazir ŞƏT Xarici İşlər Nazirləri Şurasının video konfrans şəklində iclasının açılışında deyib.
Onun sözlərinə görə, Vaşinqton koronavirusla mübarizə dövründə birtərəfli sanksiyaların təxirə salınması çağırışlarına, eləcə də dərman, avadanlıq və qida ilə humanitar təchizatına mane olan sanksiyalara məhəl qoymayıb.
Lavrov iddia edib ki, ABŞ pandemiya vəziyyətindən istifadə edərək öz qaydalarını tətbiq etməyə çalışır.
Alpər