Dünya 10:52 29.06.2022

Lavrov: Beş Xəzəryanı ölkə arasında hərbi əməkdaşlıq başlayıb

Rusiyanın xarici işlər naziri çərşənbə axşamı gecə bildirib ki, beş Xəzəryanı dövlətin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan) liderləri Xəzərdə etimad quruculuğu tədbirlərinin və hərbi əməkdaşlığın gücləndirilməsi üzrə saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər. 

Qaynarnfo bu barədə TASS-agentliyinə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri bu barədə mətbuat konfransında deyib

"Biz bu sahədə əməkdaşlığın vacibliyini vurğuladıq. Xəzəryanı dövlətlərin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin işlənib hazırlanması üzrə saziş üzərində işin sürətləndirilməsi təklif olunub”.

Lavrovun sözlərinə görə, tərəflər həmçinin Xəzər dənizinin statusu haqqında Konvensiyanın prinsipi əsasında birmənalı olaraq vurğulayıblar ki, burada qeyri-Xəzəryanı dövlətlərin hər hansı hərbi mövcudluğundan söhbət gedə bilməz”, - Lavrov bildirib.

M.Arif