Xarici işlər naziri Sergey Lavrov 1999-cu ildə NATO qüvvələrinin Yuqoslaviyanı bombalamağa başlamasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna təkan verən fakt o zaman amerikalı Uilyam Uokerin rəhbərlik etdiyi ATƏT missiyasının Kosovodan çıxarılması olub.
Qaynarinfo xəbər verir ki, Lavrov RT-yə müsahibəsində həmin vaxt ölkədə həqiqətən də hərbi toqquşmaların olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, Uolker bir anda jurnalistləri Raçak kəndində toplayıb və bildirib ki, burada serblər tərəfindən işgəncələrə məruz qalmış 30 mülki vətəndaş cəsədi tapılıb.
"O, ATƏT-in missiyasını Kosovodan çıxarmaq üçün təkbaşına qərar verdi (baxmayaraq ki, buna hüququ yox idi) - və bu, NATO-nun bombardmanının başlaması üçün tətik rolunu oynadı", - XİN rəhbəri bildirib.
Bundan sonra bu hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb. Müəyyən edilib ki, həlak olanlar mülki şəxslər deyil, döyüşdə güllələnən, sonra mülki paltar geyindirilən silahlılardır:
"NATO-nun Yuqoslaviyaya nəcib məqsədlərlə hücum etdiyini söyləmək ən azı düzgün deyil”, - Lavrov yekun sözünü deyib.
Alpər