Dünya 15:30 08.07.2022

Lavrov “Böyük 20-lər”in tədbirində diplomatik etiketləri pozdu

Rusiya XİN rəhbəri bir sıra ölkələrin rəsmiləri çıxış edərkən zaldan çıxıb.
 
Bu barədə Qaynarinfo "The Moscow Times” qəzetinə istinadla xəbər verir. 

S.Lavrov alman həmkarı Annalena Barbok Moskvanı Ukraynanın işğalı ilə bağlı tənqid etdiyi səhər iclasını tərk edib. O, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın nazirlərə virtual olaraq müraciət etməsindən əvvəl günorta iclasını da tərk edib. S. Lavrov həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin çıxışı zamanı da zalda olmayıb.  Bundan əlavə Lavrov İndoneziya Xarici işlər naziri ilə görüşündə jurnalistin "niyə müharibəyə başladınız” qışqırığını eşidib, ancaq suala məhəl qoymayıb.
 
"Qərb tərəfdaşlarımız qlobal iqtisadi problemlərdən danışmaqdan yayınmağa çalışırlar", - Lavrov Mulia otelinin qarşısında jurnalistlərə deyib. "Onlar danışdıqları andan Rusiyanı qızğın tənqid etməyə başlayırlar”,- deyə o bildirib.

Nurlan Hüseynov