Xəbər lenti

Lavrov da Xəzərin statusundan danışdı
Dünya15:17 22.04.2014

Lavrov da Xəzərin statusundan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Xəzərin hüquqi statusu haqqında Konvensiya bu ilin payızında Həştərxanda keçiriləcək sammitə qədər hazır olmayacaq. Amma Xəzəryanı ölkələrin xarici işlər nazirləri prinsiplərin əhəmiyyətli hissəsini razılaşdırıblar”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, sammit üçün bir sıra sənədlər, o cümlədən əsas prinsiplərin razılaşdırıldığı sənəd hazırlanır: “Əsas prinsiplərin əks olunduğu Xəzərin hüquqi statusu haqqında Konvensiyanın Həştərxanda keçiriləcək sammitə qədər hazır olması planı əvvəldən olmayıb”.

Qaynar.info