Xəbər lenti

Lavrov: Əsəd Rusiyanın müttəfiqi deyil
Dünya17:22 04.05.2016

Lavrov: Əsəd Rusiyanın müttəfiqi deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Biz onu terrorizm ilə mübarizədə dəstəkləyirik”.
Rusiyanın Suriya prezidenti Bəşər Əsədi terrorizm ilə mübarizədə və dövlətin qorunmasında dəstəkləməsinə baxmayaraq, Türkiyənin ABŞ ilə müttəfiq olduğu mənada o, Rusiyanın müttəfiqi deyil.
Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.
“Əsəd yeri gəlmişkən bizim müttəfiqimiz deyil. Bəli, biz onu terrorizm ilə mübarizədə və dövlətin qorunmasında dəstəkləyirik. Amma Türkiyənin ABŞ ilə müttəfiq olduğu mənada o, Rusiyanın müttəfiqi deyil”, - Lavrov bəyan edib. (oxu.az)
Qaynarinfo.az