Xəbər lenti

Lavrov İrana gedir: Nüvə sazişini dirçəltməyə...
Dünya08:04 20.06.2022

Lavrov İrana gedir: Nüvə sazişini dirçəltməyə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftə Tehrana gedəcəyini açıqlayıb.
Qaynarınfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ötən həftə səfər barədə məlumat versə də, bu gün vaxtı açıqlayıb.
Bu səfərin məqsədlərindən biri də nüvə sazişini dirçəltmək və son dərəcə həssas vəziyyətdə olan İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparmaqdır.
Lavrov sonuncu dəfə keçən iliin aprelində İrana gedib. Tehrana gəlməzdən əvvəl o, İran İslam Respublikasının rəsmilərini Xəzər sahilyanı ölkələr arasında bölən Xəzər dənizi konvensiyasını tezliklə ratifikasiya etməyə çağırıb. O, həmçinin, həmin səfər zamanı nüvə sazişi canlanmasına dəstək vermişdi.
İranın xarici işlər naziri Lavrovun Tehrana aprel səfərindən sonra azı iki dəfə Moskvaya səfər edib.
Qeyd olunur ki, Rusiyanın İranın xarici siyasətində böyük təsiri var. İran da Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı yumşaq mövqe nümayiş etdirib və ümumiyyətlə, Moskva rəsmilərinin yanında olub.
M.Arıf