Xəbər lenti

Lavrov: “Rusiya Yaponiya ilə ancaq bu şərtlə sülh müqaviləsi bağlaya bilər”
Dünya07:40 23.11.2019

Lavrov: “Rusiya Yaponiya ilə ancaq bu şərtlə sülh müqaviləsi bağlaya bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokionun Kuril adalarının cənub hissəsi üzərində Moskvanın suverenliyini tanıması lazımdır. 
Qaynarinfo xəbər verir ki, bu açıqlamayla Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. O, bunun sülh müqaviləsinin imzalanması üçün bir şərt olduğunu bildirib.
Rusiya diplomatiyasının rəhbəri Yaponiya hökumətinin baş katibi Yoşihide Suginin "Tokio Moskva ilə sülh müqaviləsi danışıqlarını Yaponiyanın baza prinsiplərinə əsaslanaraq davam etdirəcək, bu isə ərazi mübahisəsi həll edildikdən sonra imzalana bilər” fikirlərinə münasibət bildirərkən deyib.
Lavrov xatırladıb ki, iki ölkənin liderləri 1956-cı il bəyannaməsi əsasında bu məsələni müzakirə etmək barədə razılığa gəliblər:
"O bəyannamədə açıq şəkildə deyilir: birincisi, biz (Yaponiya) bütün torpaqlarımız üzərində Rusiyanın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq və bununla da İkinci Dünya Müharibəsinin nəticələrini tanıyacağıq, bundan sonra isə qalan hər şeyin müzakirə edilməsi mümkündür”.