Xəbər lenti

Lavrov Sərkisyanla nə danışdı?
Dünya16:31 23.06.2014

Lavrov Sərkisyanla nə danışdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 23-də Ermənistan prezidenti Serj Sərkisyan bu ölkəyə rəsmi səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. 

“Media forum” saytı xəbər verir ki, Lavrov Sərkisyana erməni həmkarı Edvard Nalbandyanla apardığı müzakirələrdən danışıb. O, həmkarı ilə iki ölkənin əlaqələrinin bütün istiqamətlərdə dərinləşdirilməsini nəzərdə tutan dinamik iş barədə söhbətləşdiyini, ilk növbədə Ermənistanın və Rusiyanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu vurğulayıb.

Rusiyalı nazir bildirib ki, erməni həmkarı ilə görüşdə Ermənistanın Avrasiya inteqrasiyası proseslərində iştirakı məsələsini də müzakirə edib. Lavrov Avrasiya İqtisadi İttifaqına dair müzakirələrin getdiyi Soçidən yaxşı xəbərlər gözlədiyini deyib.