Xəbər lenti

Lavrov: Ukrayna Rusiyanı Donbas münaqişəsinə cəlb etməyə çalışır
Dünya13:15 01.11.2021

Lavrov: Ukrayna Rusiyanı Donbas münaqişəsinə cəlb etməyə çalışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kiyev Donbasda təxribat xarakterli vəziyyət yaratmağa və Rusiyanı ora sürükləməyə çalışır.
Qaynarinfo xəbər verir ki, o bu fikri "Rossiya 24” telekanalına müsahibəsində bildirib.
"Bəli, kəskinləşmə, təxribat xarakterli vəziyyət yaratmaq cəhdləri, milis tərəfindən hansısa reaksiyaya səbəb olmaq və yəqin ki, Rusiyanı hansısa zorakı hərəkətlərə cəlb etmək cəhdləri müşahidə olunur”, - XİN rəhbəri bildirib.
Lavrov Ukraynanın Donbasda Türkiyənin "Bayraktar” pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı xəbərləri də qiymətləndirib. Onun sözlərinə görə, bu, "sirli hadisədir”.
Nazir hesab edir ki, Kiyev indi onun üçün nəyin daha sərfəli olduğunu düşünür – öz "krutoy”luğunu nümayiş etdirmək, yoxsa guya Minsk razılaşmalarını Ukrayna tərəfinin həyata keçirməsi.
Bundan əvvəl Lavrov Ukraynanı Donbasdakı vəziyyətin nizamlanması ilə bağlı razılaşmaları yerinə yetirmək üçün "tükünü belə tərpətməməkdə” ittiham edib. Eyni zamanda o bildirib ki, Rusiya və Almaniya "Normand formatı”nda yeni görüş hazırlayır.
Alpər