Xəbər lenti

Lavrovdan NATO açıqlaması: "Ukraynanın qərbini nəzarətə götürərək..."
Dünya16:00 19.03.2022

Lavrovdan NATO açıqlaması: "Ukraynanın qərbini nəzarətə götürərək..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Polşanın Ukraynaya NATO sülhməramlıları göndərməsi haqqında ideyasının ölkənin qərb hissəsini nəzarət götürüb, orada qalacağı məqsədi daşıyacağını istisna etmir”.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Rusiyanın liderləri” müsabiqəsinin iştirakçıları ilə görüşən XİN rəhbəri NATO üzvlərinin məntiqli və realist olmalarının vacibliyini vurğulayıb:
"Moskva bunun demoqogiya olduğuna əmindir. NATO daha real və məntiqli olmağın vacibliyini dərk edir. Polşanın Baş naziri Morevetski NATO-nun Ukraynaya sülhməramlı göndərilməsi təşəbbüsünü irəli sürüb. Onlar bunu yaxın günlərdə müzakirə edəcəklər (martın 22-də keçiriləcək NATO-nun sammitini nəzərdə tutur – red). Bu barədə qərar məqbul edilərsə, onun tərkibinin polşalılardan ibarət olacağını istisna etmirəm. Onlar Lvov şəhəri başda olmaqla Ukraynanın qərbini nəzarətə götürərək uzun müddət orada qalacaqlar. Mənə elə gəlir ki, plan bundan ibarətdir. Hesab edirəm ki, bu demoqogik təşəbbüsü NATO üzvləri başa düşəcək. Onların daha məntiqli və realist olması vacibdir”.