RT-nin baş redaktoru Marqarita Simonyanın canlı efirdə yumorist Maksim Qalkini "gözünü yayındırmaq üçün yaşlı qadınla evlənən gey” adlandıran rezonanslı çıxışından sonra müğənni Layma Vaykule Alla Puqaçovanın ailəsini müdafiə edib. O, sosial şəbəkələrdə müvafiq paylaşım edib.
Qaynarinfo bu haqda Rosbalt.ru-ya istinadla xəbər
verir.
Vaykule deyib ki, onun Marqarita Simonyanın kim olduğu barədə çox az təsəvvürü var, amma indi bilir ki, bu, "hər hansı əxlaq və etika normalarına məhəl qoymayan bir insandır”. Müğənninin sözlərinə görə, jurnalist sadəcə olaraq "bu tamamilə xoşbəxt və ahəngdar cütlüyə" nifrətlə doludur.
Vaikule vurğulayıb ki, onların şərəf və ləyaqətinin qəsdən alçaldılması RT-nin baş redaktorunun qeyri-peşəkarlığından və onun "insan kimi cılızlığından” xəbər verir. "Sizin ağlınız yerindədir, Marqarita? Siz bu adamları heç tanımırsınız!” – deyə Yurmalada dəfələrlə Puqaçova və Qalkinlə dincələn müğənni bildirib.
Bundan əlavə, Layma Vaikule federal kanalda ciddi mövzularda danışan Simonyanın o qədər asanlıqla "ağız ishalına tutulduğunu" deyib ki, ona görə, bu da təkcə mühakimələrinin obyektlərinə deyil, həm də onların çoxmilyonluq pərəstişkarları ordusuna hörmətsizlik olub.
"Bütün bunlar sizə şərəf gətirmir, mədəniyyətinizin və intellektinizin aşağı səviyyədə olduğunu göstərir”, - deyə müğənni yekunlaşdırıb.
Xatırladaq ki, bundan əvvəl jurnalist Katya Qordon Marqarita Simonyanın monoloqunu "ən alçaq” adlandıraraq Qalkinin müdafiəsinə qalxmışdı və Simonyanın "gözəl və istedadlı olmadığını” demişdi.
Alpər
Şərhlər