
Lazım olsa Rusiyaya təzminat da veriləcək.
Qaynarinfo.az xəbər verir ki, Türkiyənin baş nazir Binali Yıldırım, TRT Xəbərə etdiyi şərhdə prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya kədərlərini dilə gətirdiyi məktub göndərməsindən danışıb.
Onun sözlərinə görə, Ərdoğanın məktubu münasibətləri yumşaldıb. Nazirlər səviyyəsində əlaqələr başlaya bilər. Baş nazir bildirib ki, hərbi təyyarənin vurulması ilə əlaqədar lazım olsa Rusiyaya təzminat ödənəcək.
Qaynarinfo.az