Xəbər lenti

Öldürülən diplomatının arvadı da öldü
Dünya07:58 15.09.2013

Öldürülən diplomatının arvadı da öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün öncə Abxaziyada öldürülən rus diplomatı – Rusiyanın Abxaziyadakı səfirliyinin birinci katibi 36 yaşlı Dmitri Vişernevin xanımı Olqa Vişerneva da dünyasını dəyişib.

Qaynar.info Musavat.com -a istinadən xəbər verir ki, boyun fəqərələri nahiyəsindən güllə yaraları alan qadın əməliyyat olunsa da, onun həyatını xilas eləmək mümkün olmayıb.
 
Xatırladaq ki, diplomat və xanımına silahlı hücum Suxumidə səhər saatlarında, onlar xidməti avtomobilə oturarkən edilmişdi. Naməlum şəxs onlara 5 güllə atmışdı. Diplomat yerindəcə keçinmiş, onun arvadı isə ağır vəziyyətdə yerli xəstəxanaya aparılmışdı.

Qaynar.info