PKK qurmaqla, özümüz də bilmədən, türkləri super güc elədik.
Qaynarinfo xəbər verir ki, bu sözlər Fransanın "Fiqaro” qəzetində yer alan bir məqalədə deyilir. Qəzet yazır:
"Onlar öz sərhədləri daxilində kiçik, geridə qalmış, kasıb bir dövlət idilər.
Arı yuvasına çomağı biz soxduq və ən böyük səhv etdik. Türklər sürəkli savaşlarda yetişdilər. Texnologiyalarını daim təkmilləşdirərək, dünya silah istehsalçılarının belə başa düşə bilmədiyi texnologiyaları əldə etdilər. İçəridə PKK-nı məhv etdilər.
Sonra öz sərhədlərini aşıb, super güclərə qarşı irəlilədilər.
Suriyada Rusiyanı, Liviyada həm Rusiya, həm də Amerikanı məğlub etdilər.
İndi hər yerdə həm döyüşürlər, həm də texnologiyasını daha da inkişaf etdirirlər.
Əslinə qalsa, indi heç bir dövlət türklərlə üzləşmək istəmir.
Gələcək isə daha qorxunc olacaq.
Əslində yatmış Devi oyatdıq ...
Yaxın Şərqdə işlərini görüb qurtarandan sonra Qərbdəki köhnə hədəflərini xatırlayacaqlar.
Avropanın türkləri dayandırmaq üçün gücü və qətiyyəti yoxdur.
Avropa bütün bunları qorxu və qayğı ilə seyr edir.
Fransa həqiqətləri görməlidir.
Türklər təkcə Şimali Afrikada yox, bütün Afrika və Orta Şərqdə Fransanı, Qərbi məğlub edir və oralardan qovub çıxarır.
Afrika və Yaxın Şərq xatirəyə çevrilmək üzrədir.
Avropa Türklərə qarşı çıxmadan siyasət yürütməklə yalnız bir müddət mövcud ola bilər.
Əvvəl-axır Türkiyənin Avropa Birliyinə gəlməsi üçün diz çöküb yalvaracaqlar”.
Etimad Başkeçid