SSRİ-nin dağılmasından 30 il sonra ABŞ-ı da eyni aqibət gözləyə bilər.
Qaynarinfo xəbər verir ki, bu proqnoz "Le Figaro"nun köşə yazarı Nikolas Bavrenin yazısında yer alıb.
O, ABŞ-ı vətəndaş müharibəsi mühitinə sövq edən Prezident Donald Trampın "intihar" siyasətinin buna töhfə verə biləcəyini qeyd edib.
Müəllifə görə, bu gün Amerikada eyni vaxtda dörd böhran yaşanır. Jurnalist hesab edir ki, koronavirus epidemiyası ABŞ üçün 110 min insanın ölümünə səbəb olmuş yeni növ Perl Harbordur. Bu, tarixi nisbətlərin tənəzzülünə səbəb olub, bu müddət ərzində 45 milyon insan işsiz qalıb, ÜDM-in 6,5% azalması proqnozlaşdırılır.
Afro-amerikalı Corc Floydun Minneapolisdə polis zorakılığı nəticəsində ölümü Martin Lüter Kinqin öldürülməsindən sonra 1968-ci ildəki etirazlara bənzəyən Amerika şəhərlərində irqi iğtişaşlara və qarətlərə səbəb olub. Və nəhayət, Ağ Ev rəhbərinin hüquqi dövlətin əsaslarına və hərbi rəhbərliyin etirazlarına baxmayaraq, üsyanların yatırılması haqqında 1807-ci il qanuna müraciət etmək və orduya ölkəsindəki nizamın bərpasını həvalə etmək planları ABŞ-ı xaosa sürükləyir.
Məqalədə deyilir ki, Trampın Konqresə, ədalətə və orduya təzyiqləri mövcud tarazlıq sistemini məhv edir. Ancaq Amerika liderinin siyasətinin bütün mənfi cəhətlərinə baxmayaraq, yenə də 2020-ci ildə yenidən seçilmək şansı var. Bavre əlavə edib ki, bu, əsasən Demokrat namizədi Co Baydenin zəifliyi ilə əlaqədardır.
Alpər