Xəbər lenti

Lego da Rusiyadan getdi
Dünya06:50 13.07.2022

Lego da Rusiyadan getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Danimarkanın oyuncaq istehsalı nəhəngi olan Lego Rusiyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Lego Ukraynanın işğalından sonra mart ayında Rusiyaya məhsul tədarükünü dayandırmışdı, ancaq mağazaları işləyirdi. 
Şirkət indi Lego adından 81 mağaza işlədən Inventive Retail Group ilə əməkdaşlığı dayandıracağını bildirib.
Şirkət Moskvada yerləşən komandasının əksəriyyətini ixtisar etdiyini və 70 işçini onlara dəstək olmaq üçün maliyyə paketləri ilə təmin etdiyini bildirib.
Nurlan Hüseynov