Döyüş postlarından birində həlak olan sıravi Movses Tadevosyan (2003-cü il təvəllüdlü) 2021-ci ilin iyulunda orduya çağırılıb, çağırışdan əvvəl elektrik avadanlıqlarının istismarı üzrə mütəxəssis ixtisası üzrə təhsil alıb.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Sputnik Ermənistan-ın müxbirinə Ermənistanın Qeqarkunik rayonunun Sevan icmasının rəhbəri Armenuhi Qukasyan məlumat verib.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, dekabrın 31-də Tadevosyan başından güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda ölüb.
"Movses çoxuşaqlı ailədəndir - iki bacısı, üç qardaşı var. Qardaşlardan biri müqaviləli hərbçi, digəri isə çağırışçıdır. Kiçik qardaş yetkinlik yaşına çatmayıb, valideynləri ilə yaşayır, bacısı isə evlidir", - Qukasyan bildirib.
O, əlavə edib ki, mərhum əsgərin ailəsi sosial baxımdan təmin olunmayıb, lakin buna baxmayaraq, övladlar həmişə baxımlı olublar və həmişə nizam-intizamı ilə seçiliblər.
Qeyd edək ki, hadisə faktı üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində Tadevosyanın xidmət yoldaşı saxlanılıb. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Alpər