Xəbər lenti

Leninin heykəlinin başı kəsildi
Dünya13:07 10.01.2014

Leninin heykəlinin başı kəsildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Poltava vilayətində Leninin heykəlinin başı kəsilib. 

Şəhər tipli Maşevka qəsəbəsində yerli icra orqanının binasının qarşısındakı heykəlin başını kimlərin kəsdiyi məlum deyil. 

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, heykəl mədəni və arxitektura abidələrinin reyestrinə daxildir.

Buna görə də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. ///AzNews.az