Lənkəranda obyekt tikintisi üçün nadir ağaclar kəsilir. Bu barədə “Qafqazinfo”ya şəhər sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, Heydər Əliyev parkının yaxınlığında, Lənkəran Dövlət Universitetinin qarşısısındakı adı Qırmızı kitaba düşən nadir ağac növlərindən olan dəmirağaclar kəsilib və həmin ərazi sahibkarlara satılıb. Onlar bildirirlər ki, ağaclar gecə ilə kəsildiyi üçün baş verənlərdən gec xəbər tutublar.
Sakinlər həmin parkın indiki durumu və ötən il çəkilmiş görüntülərini də yollayıblar.