Xəbər lenti

Lənkəranda "Qəsd" olacaq
Sənət09:33 11.05.2015

Lənkəranda "Qəsd" olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında telejurnalist və dramaturq Elşən Feyzullayevin qələmə aldıgı “Qəsd” adlı pyesin tamaşasına başlanıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, Heydər Əliyevin 92 ci ildönümü ərəfəsində hazırlanan tamaşada hadisələr cəbhə bölgəsində cərayan edir.
Torpaqlarımıza soxulmağa cəhd göstərən erməni kəşfiyyatçısı keşikdə dayanmış Milli Ordumuzun əsgərlərinin sayıqlığı nəticəsində tərkisilah olunur. İlkin araşdırmalardan sonra onun daha dörd nəfər erməni muzdlusu ilə birlikdə Bakıda təxribat törətmək planı üzrə hərəkət etdiyi məlum olur.

Son nəticədə erməni kəşfiyyatçısı şəhid anası tərəfindən məhv edilməklə baş verə biləcək böyük bir təxribatın qarşısı vaxtında alınır.

Əməkdar artist Təvəkkül Əliyevin quruluş verdiyi tamaşada rolları teatrın aktiyorları Zenfira Nəcəfova, Emin Fərzəliyev, Səyyad Əliyev və Əli Rəhimli ifa edəcək. Tamaşa tezliklə teatr severlərin ixiyarına veriləcək.

Qaynar.info