Xəbər lenti

Lənkəranski Bakinskidən oğru adını aldı - VİDEO
Dünya20:04 23.03.2016

Lənkəranski Bakinskidən oğru adını aldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski kimi tanınan Dadaş İbrahimov bu günlərdə Rusiyadan deportasiya olundu və Azərbaycana göndərildi. Amma "qanuni oğru"nun səsi Ukraynadan gəldi. O hava limanında polisi və özünü bıçaqladı. Ağılasığmaz olayın baş vermə səbəbləriylə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Unikal.org-a daxil olan məlumatda bildirilir ki, bu ilin yanvar ayında Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycana deportasiya olunan Dadaş İbrahimov (Dadaş Bakinski) Rövşən Lənkəranskinin dəvəti ilə Türkiyəyə gedib. 

Dadaş Bakinski orada surpirizlə qarşılaşıb. Beləki Lənkəranskinin təşkilatçılığı ilə, "vor zakonlar” Türkiyədə "sxodka”ya toplaşıb. Özünün də iştirak etdiyi yığıncaqda qərarə alınıb ki, Dadaş Bakinskinin nüfuzlu mafiozlar arasında yeri yoxdur. Nəticədə Dadaş Bakinskini bu tituldan məhrum ediblər.

Bundan sonra Kiyevə gedən Dadaş Bakinski əsəblərinin pozulması və narkotik maddələrdən istifadə etdiyinə görə, Kiyevdəki "Borispol” hava limanında insident yaradıb. Nəticədə özünü və polisi bıçaqlayıb.

Qaynar.info