Yaxın günlərdə Türkiyədə qanuni oğruların böyük “sxodka”sı baş tutacaq. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Məlumata görə, görüşdə 100-dən çox qanuni oğru iştirak edəcək. Görüşün əsas təşkilatçısı “Gela” ləqəbli Gela Kardavadır. Artıq Kardavanın bu ideyası Şakro Molodoy (Zaxar Kalaşnikov) tərəfindən də dəstəklənib.
Qeyd edək ki, sözügedən şəxslər “Ded Xasan” klanının üzvləridir.
Qaynar.info