Sovet və Rusiya pediatr-cərrahı, Milli Tibb Palatasının prezidenti Leonid Roşal hesab edir ki, koronavirusun yayılması ilə bağlı vəziyyəti bioloji müharibənin məşqi hesab etmək olar. O, qlobal səhiyyə sistemlərinin və vətəndaşların özlərinin bu kimi problemlərə hazırlığını qiymətləndirməyə imkan verir.
"Əslində, bu gün biz bioloji müharibənin məşqlərini görürük. İndi yalnız bu barədə danışırıq, ancaq nüvə müharibəsi və ya terrorizm haqqında demək olar danışan yoxdur. Bu vəziyyət dünya səhiyyə sistemlərinin, eləcə də bizim özümüzün bu kimi çağırışlara nə qədər hazır olduğumuzu göstərir”, - deyə Roşal Rusiya 24 televiziya kanalında bildirib.
Onun sözlərinə görə, Rusiyada həyata keçirilən səhiyyə işinin optimallaşdırılması, çarpayıların və işçilərin ixtisarının qətiyyən yaxşı olmadığı artıq aydındır.
"Elə etmək lazımdır ki, Rusiyanın hər bir bölgəsində tam, vaxtında və normal tibbi xidmət göstərmək mümkün olsun. Ölkəmizdə hansısa bir fəlakətin baş verdiyi vaxt yaralılar və xəstələrin dərhal Moskvaya göndərilməsi düzgün deyil. Birdən Moskva da heç kəsi qəbul edə bilməsə, onda nə edəcəyik? Bu baxımdan ümumi səhiyyə vəziyyətinin yüksəldilməsi lazımdır", - deyə Roşal fikrini tamamlayıb.
Alpər