Xəbər lenti

İdman 16:12 25.03.2024

Levandovski 100 milyonluq təklifi niyə geri çevirib?

Robert Levandovski "Barselona"da davam etmək niyyətindədir.

Qaynarinfo-nun məlumatına görə, polşalı forvard Səudiyyə Ərəbistanından mövsümdə 100 milyon avro qazana biləcəyi ilə bağlı təklif alsa da bunu qəbul etməyib. "Mundo Deportivo"da yer alan xəbərə görə, hücumçu "Barselona"da uğur qazanmaq üçün ərəblərin təklifini geri çevirib. Levandovski və onun ailəsinin yaşadıqları Barselonada özlərini çox yaxşı hiss etdiyi bildirilib.

Futbolçu açıqlamasında "Özümü burada yaxşı hiss edirəm, çox xoşbəxtəm" ifadələrini işlədib. 

Levandovski 2022-ci ildə "Bavariya"dan "Barselona"ya transfer olunub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->