Xəbər lenti

Leyla Əliyeva bibisi ilə Londonda - FOTO
Ölkə17:10 27.05.2016

Leyla Əliyeva bibisi ilə Londonda - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkələrdəki rəsmi hesablarında bibisi Sevil Əliyeva ilə fotosunu paylaşıb.
“Qafqazinfo”nun məlumatına görə, sözügedən foto mayın 25-də Londonda IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılan “Canlı həyat” adlı sərgidə çəkilib.
Leyla Əliyeva həmin şəkli #‎LiveLife‬ (həyatını yaşa) həştaqı ilə paylaşıb.
Qeyd edək ki, sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Qaynarinfo.az