ABŞ-ın Havay ştatında müşahidə edilən Leyn qasırğası güclü yağışla müşahidə edilir.
Qaynarinfo CBS News-a istinadən xəbər verir ki, qasırğanın təhlükə kateqoriyası 3-cü dərəcəyə, küləyin sürəti isə saatda 125 km-ə çatıb. Qasırğanın ştatda böyük zərərə səbəb olacağı gözlənilir. Prezident Donald Tramp Havayda fövqəladə vəziyyət elan edib.
Daha əvvəl ştatat bu qədər yaxın məsafədən keçən Iniki qasırğası 1992-ci ildə əraziyə 3 milyard dollar zərər vurmuşdu.
Leyn qasırğasının subasmalara, daşqınlara, torpaq sürüşmələrinə səbəb olacağı proqnozlaşdırılır.
Gülşən